Dr. Rüfət Əsədbəyli
Uroloq · Androloq · Uroonkoloq
- Almaniyada Facharzt für Urologie (urologiya üzrə alman mütəxəssis həkim ixtisası)
- Lausitzer Seenland Klinikumda (Hoyerswerda) Leitender Oberarzt (urologiya klinikasının baş həkim müavini), Robotik (Da Vinci) və laparoskopik urologiya bölməsinin rəhbəri
- Bakıda qəbul yeri: Badam Medical Center
- Əməliyyat təcrübəsi
- 7800+
- İl Almaniyada təcrübə
- 21
- Robotik urologiya rəhbəri
- Da Vinci
Mümkün olduqca kəsiksiz
İmkan daxilində minimal invaziv üsullara — endoskopik və laparoskopik cərrahiyyəyə — üstünlük verilir. Qərar xəstənin yaşı, yanaşı xəstəlikləri və klinik göstəriciləri əsasında verilir.
Diaqnoz alman klinik praktikası və Avropa protokolları üzərində qurulur. Xəstəyə diaqnozu və riskləri tam şəffaf izah etmək, orqanqoruyucu cərrahi yanaşmanı üstün tutmaq əsas prinsiplərdir.
Da Vinci robotik cərrahiyyə
Lausitzer Seenland Klinikumda (Hoyerswerda) əməliyyatlar Da Vinci Xi robotik cərrahiyyə sistemi ilə aparılır.
Həkimin öz cavabları
Xəstələrin ən çox verdiyi suallara birbaşa və aydın cavablar.
- Böyrək daşı zamanı əməliyyat nə vaxt zəruri olur?
- Ağrısız sidikdə qan: hansı hallarda geniş müayinə vacibdir?
- Varikosel hansı hallarda əməliyyat tələb edir?
- Spermatozoid sayının sıfır olması ata olmağa maneədirmi?
- Böyrək çatışmazlığının qarşısını almaq üçün hansı addımlar vacibdir?
- Cinsi zəifliyin səbəbi prostatitdirmi?
- Prostat nədir və hansı əlamətlərlə özünü göstərə bilər?
- Keyfiyyətsiz və saxta dərmanlarla bağlı xəstə nə bilməlidir?
Qəbula gəlməzdən əvvəl
Əvvəlki nəticələr
Əvvəllər edilmiş analiz və müayinələrin nəticələrini özünüzlə gətirin.
Dərman siyahısı
İstifadə etdiyiniz bütün dərmanların adını və dozasını yazıb gətirin.
Sidik kisəsi
Mümkünsə qəbula sidik kisəsi dolu — heç olmasa yarımçıq dolu — halda gəlin: ultrasəs müayinəsi belə daha dəqiq nəticə verir. Sidiyi saxlamaq çətindirsə və ya ağrı verirsə, özünüzü məcbur etməyin. Əksər hallarda acqarına gəlmək tələb olunmur; həkim ayrıca hazırlıq tövsiyə edibsə, ona əməl edin.
Təcili hallar
Yüksək hərarət, şiddətli ağrı, sidikdə qan və ya sidik ifrazının mümkünsüzlüyü zamanı dərhal təcili yardıma müraciət edin.
Əlaqə və qeydiyyat
- Telefon
- +994 70 800 66 99
- E-poçt
- info@andrologiya-urologiya.az
- Bakı
- Badam Medical Center
Badamdar qəs., A. Abbaszadə küç. 13a, Bakı - Qəbul rejimi
- Həkim Almaniya və Azərbaycan arasında bölünür; Bakıya hər 2–3 aydan bir gəlir. Dəqiq qəbul tarixləri üçün əlaqə saxlayın.
Onlayn məsləhət xidməti mövcud deyil. Qəbul üçün telefon və ya WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Həkim İcbari Tibbi Sığorta sistemi ilə işləmir.