Leitender Oberarzt · Lausitzer Seenland Klinikum (Sana) Bakıda qəbul: Badam Medical Center

Dr. Rüfət Əsədbəyli Uroloq · Androloq · Uroonkoloq

Əlçatanlıq

Mətn ölçüsü 100%
Əlçatanlıq bəyanatı

Böyrək çatışmazlığının qarşısını almaq üçün hansı addımlar vacibdir?

Bu sual qısa səsləndi, lakin bunun cavabı biraz geniş olmalıdır əslinə qalsa. Çünki böyrək xəstəlikləri bir çox xəstəliklər mövcuddur. Böyrəyin özünün xəstəliyi var, böyrəyin önündə olan bir xəstəliklər var, yəni biz prerenal deyirik buna, renal xəstəliklər və postrenal.

Bunlar hamısı böyrək çatışmazlığının səbəblərindən biridir. Böyrək çatışmazlığında dediyim kimi prerenal forma var. Belə ki, təzyiq xəstəliyi, yaxud da şəkər xəstəliyi, yaxud da böyrəyə girən damarların xəstəliyi, daralması, bunlar hamısı prerenal formasıdır və bunlar böyrək çatışmazlığına gətirə bilən səbəblərdən biridir.

Yaxud da böyrəyin özündə olan xəstəliklər olur, qlumeroflit, yaxud da kollagenoz xəstəliklər hansı ki, böyrəyin artıq strukturunu parçalayır, zədələyir və bunun nəticəsində böyrək artıq öz funksiyasını yerinə yetirə bilmir. Və son olaraq postrenal forması, yəni ki, artıq bu uroloji forma sayılır. Yəni böyrəkdən çıxan yollarda hansısa bir maneəçilik olar.

Yaxud da hansısa bir xəstəlik olarsa, o zaman artıq bu uroloji səbəblərdən biri sayılır. Və belə hallarda demək olar idi ki, xəstələrə daha çox böyük bir yardımımız, uroloji baxımdan yardımımız dəyə bilər. Çünki bu forma çox vaxtı nəzərdən kaçirilmirlər.

Bəzi nefroloqlar tərəfindən belə. Onlar sadəcə nefrologiya tərəfini müayinə edirlər, müalicə edirlər, amma baxmırlar ki, xəstədə bir daş var, kanalı bağlayıbdır, yaxud da prostatın böyüməsi var, sidik kisəsinin dolmasına səbəb olur və bu hidranefroz verir, böyrəyin genişlənməsinə səbəb olur. Bu hamısı postrenal, uroloji səbəblərdən biridir və belə hallarda vaxtında müdaxilə olarsa, demək olar ki, xəstə heç vaxt böyrək çatışmazlığı xəstəliyini əldə etməz.

Bayaq da dediyim kimi, şəkər xəstəliyi, yaxud da təzyiq xəstəliyi, bunların müalicəsi erkən fazadır və düzgün aparılarsa, bu da böyrək çatışmazlığının səbəbinə aradan götürülməsinə səbəb ola bilər. Belə hallarda böyrək xəstəliklərindən biri sayılan daş xəstəliyi, misal üçün, onun özü də uroloji xəstəlik sayıldığından dolayı, əgər daşlar təmizlənərsə və onun uroji baxımdan funksiyası, böyrəyin funksiyası yaxşılaşarsa, bu artıq böyrək çatışmazlığının qarşısını ala bilər. Və qlomerulit xəstəliyi var, misal üçün, yaxud da kollagenozlar var, hansı ki, böyrəyin funksiyasını və toxumalarını zədələyir.

Belə hallarda müvafiq müayinə üsullarından, hətta biopsiya üsullarından istifadə edilərək diaqnoz düzgün qoyulsa, bu hallarda çox belə mürəkkəb müalicə üsulu tətbiq olunur və xəstəyə böyük yardımımız dəyə bilər. Bu nefroloji müalicə üsulu sayılarsa, təəssüf ki, qarşılaşmışam, yəni nefroloqlar bunu düzgün müalicə aparmayıblar, mənə müraciət ediblər, mən bu müalicəyə girişmişəm, uğurla sona çatıbdır. Belə hallarda hormon terapiya da icra olunur.

Uzunmüddətli biraz səbr tələb edərək müalicə tətbiq olunur. Bu hallarda dediyim kimi, differensiasiya lazımdır. Prerenal, renal, yaxud da postrenal forması.

Belə isə böyrək xəstəliklərinə gəldikdə isə, böyrəyin törəmələri də ola bilər, xoşxassəli törəmələri, bədxassəli törəmələri ola bilər. Bu hallarda müasir üsullardan tətbiq edərək, KT, MRT, yaxud da ultrasəs müayinəsi, bunlardan tətbiq edərək konkret diaqnozu qoymaq olar. Hətta bilmək olar ki, bu həqiqətən xoşxassəlidir, ya yox.

Bədxassəli olarsa, artıq cərrahi üsullardan tətbiq olunmalıdır. Böyrək xəstəliklərinə aid olan digər xəstəliklərdən biri pielonefrit xəstəliyidir. Bu kəsə ləyən sisteminin iltihabıdır.

Bu hallarda yenidən xroniki, kəskin formaları olur, səbəbini araşdırmaq lazımdır, çünki bu səbəbsiz heç vaxt olmur. Vaxtında müalicə olunarsa, diaqnozu düzgün qoyularaq müalicə olunarsa, belə xəstəliyin böyrək çatışmazlığına keçməsinin tam qarşısını almaq olar. Yenə də deyirəm, böyrək xəstəliklərində konkret müayinə üsulu tətbiq olunmalıdır. Bilinməlidir hansı müayinə hansı halda olmalıdır və belə halda xəstəyə müvafiq müalicə üsulu tətbiq edərək xəstəliyin qarşısını almaq olar və böyrək çatışmazlığına keçməməsini səbəb etmək olar.

Burada danışılan hallar tipik nəticə kimi qəbul edilməməlidir: müalicənin nəticəsi hər xəstədə fərqlidir və əvvəlcədən zəmanət verilmir. Xroniki xəstəliklərin müalicəsi uzun sürə bilər və müntəzəm həkim nəzarəti tələb edir.

Son yenilənmə: