Prostat nədir və hansı əlamətlərlə özünü göstərə bilər?
Bu suala cavab olaraq bir məqama toxunmaq istəyərdim əslinə qalsa. Çünki kişi xəstələr mənə müraciət etdikdə əksər hallarda deyir həkim, məndə prostat var. Gülmək tutur təbii ki.
Elə xəstənin də yanında bu gülmək işarəsi ifadə olur mənim üzümdə. Çünki hər bir kişidə prostat mövcuddur. Bu bir orqandır.
Lakin prostatın şikayətləri ola bilər. Prostat şikayətləri ola bilər və belə hallarda xəstə dəqiq deməlidir şikayətləri nədir. Əksər hallarda xəstələrdə obstruktiv şikayətlər olur.
Nədir bunlar? Sidiyə zəif getmək. Gecə vaxtı sidiyə qalxmaq.
Sidik ləngiməsi, yəni sidiyə çağırış olur. Sidiyə getdikdə xəstədə ləngimə ilə gəlir sidik. Və yaxud da sidik kisəsinin boşluq sidik kisəsini boşaltdıqda xəstə çıxır, beş dəqiqədən sonra hissiyyat yaranır ki, və yaxud da dərhal hissiyyat yaranır ki, sidik kisəsi tam boşalmayıb.
Yəni burda artıq qalıq sidik sindromu deyirlər. Belə hallarda bu obstruktiv miksion şikayətləri gedir. Təbii ki, başqa şikayətlər də var.
Sidiyə getdikdə yandırma, perineal hissədə, yəni xaya arxası ağrılar, bunlar artıq biraz geniş ifadəli bir diaqnozlardır. Belə hallarda prostatitə uyğun olaraq şikayət ola bilər və yaxud da prostatda abses deyilən bir irinlənmə şikayəti ola bilər. Bunların hamısında xüsusi müayinə üsulları tətbiq olunur.
Hətta adi barmaq müayinəsi burda diaqnozu dəqiqləşdirə bilər ki, bu kəskin prostatitdirmi, yoxsa prostat adenomasıdırmı, yoxsa hətta prostat xərçəngidirmi? Adi barmaq müayinəsindən də bunu aşkar etmək olar. Ona görə prostat şikayətləri dedikdə dəqiqləşdirmək lazımdır.
Hansı şikayətlərdə, hansı dövrdən başlayıbdır, kəskin dövrdədir, yoxsa neçə aylardır bunlar mövcuddur. Bunlar çox əhəmiyyət kəsb edən amillərdir və belə hallarda xəstə öz fikirlərini söylədikdən sonra həkimin doğru yola yönəldici suallar verməsi də düzgün olardı.
Son yenilənmə: