Cinsi zəifliyin səbəbi prostatitdirmi?
Əslinə qalsa bu bir provokativ sualdır. Çünki belə xəstələr mənə müraciət edir. Başqa həkimlərdə olurlar və bu kimi xəstələrə prostatit diaqnozu qoyurlar və nəinki prostatitə uyğun müalicə yazırlar, hətta ona uyğun olmayan müalicəni yazırlar və xəstə hiç bir fayda görmür.
Prostatit hiç vaxt cinsi zəifliyə səbəb olmur. Bunu mən qətiyyətlə deyirəm və xəstələrimiz, kişilərimiz aldanmasın bu məsələyə görə. Belə halda anatomiyanı başa salsam sizə, prostatın aşağı yan hissələrindən potensiya sinirləri gedir penisə doğru və əgər prostatit varsa, prostatın içərisində olan bir iltihabdır prostatit.
Və bu hiç vaxt bu sinirlərə təsir eləmir. Ona görə belə hallarda digər müayinə və müalicə üsullarına əl atmaq lazımdır və xəstələrimiz aldanmasın. Prostatitin müalicəsi hiç vaxt cinsi zəifliyin müalicəsi sayılmır.
Cinsi zəiflik səbəbi çox vaxtı nevroloji olur. Yəni sinir sisteminə bağlı olan bir durumlardır. Adi stress, əsəbi olmaq bunların hamısı cinsi zəifliyin səbəbi ola bilər.
Təbii ki, o sinirlər dediyim həmin o sinirlərin zədələnməsi, misal üçün prostat xərçəngində ola bilər və yaxud da prostatın absesi olarsa, irinləmə olarsa, həmin o sinirləri zədələyərsə, o zaman bəli, həmin o cinsi zəiflik ola bilər. Bu mümkündür. Amma adi xroniki və yaxud da kəskin prostatit hiç vaxt buna səbəb olmur.
Belə hallarda həmin o penisə gedən damarların və ordan qayıdan damarların müayinəsi də lazım ola bilər. Çünki onların özünün də problemi, xəstəliyi həmin bu cinsi zəifliyə gətirə bilər. Və təbii ki, yaş məsələsi də burada önəmlidir.
Və xəstəyə individual yanaşaraq həmin bu xəstəliyin müalicəsi mümkündür. Bəzən olur ki, yəni adi iki dərmanla həmin bu xəstəliyi müalicə etmək olur. Yenə də deyirəm, burada individual yanaşmaq lazımdır.
Sadəcə əsas o sualınızda elə cavab olaraq deyirəm ki, yanlış diaqnozla yanlış müalicələr aparılmasın. Aldanmayın belə şeylərə. Və ümumi müalicə üsullarından, yəni prostatitə uyğun olaraq və yaxud da digər xəstəliklərə uyğun olaraq həmin o cinsi zəifliyi müalicə etməsinlər. Və tövsiyəm odur ki, təcrübəli, səriştəli həkimə müraciət etsinlər.
Son yenilənmə: