Leitender Oberarzt · Lausitzer Seenland Klinikum (Sana) Bakıda qəbul: Badam Medical Center

Dr. Rüfət Əsədbəyli Uroloq · Androloq · Uroonkoloq

Əlçatanlıq

Mətn ölçüsü 100%
Əlçatanlıq bəyanatı

Varikosel hansı hallarda əməliyyat tələb edir?

Varikoz dedikdə varikoseli nəzərdə tutulur və bu çox zaman sol xayanın venalarının genişlənməsi deməkdir. Belə hallarda mütləq konkret cavab vermək mümkün deyil. Əgər birinci dərəcəlidirsə və şikayət vermirsə, heç bir əməliyyata ehtiyac yoxdur.

İkinci, üçüncü dərəcə olarsa, burda da göstəriş olmalıdır. Əgər uşaq olmursa, diskomfort, ağrılara səbəb olursa, o zaman əməliyyata göstərişdir. Və yaxud da xəstə özü deyərsə, profilaktik olaraq mən əməliyyat olunum, bundan azad olunum, bu da mümkündür.

Çünki bu xəstəlik öz-özünə gedəsi deyil. Və elə insanlar olur ki, yaşlıdırlar, 40, 50 yaşında, uşaqları da var, ailəsi də var. Dördüncü dərəcə varikoselidir.

Heç bir şikayət vermirsə, onu əməliyyat etməyə ehtiyac yoxdur. Əgər cavan oğlandırsa, spermada da dəyişikliklər varsa, spermatozoidlərin zəifliyi varsa, o zaman bəli, yenə də müalicə etməyə ehtiyac var.

Son yenilənmə: