Keyfiyyətsiz və saxta dərmanlarla bağlı xəstə nə bilməlidir?
Hamının bildiyi kimi Azərbaycanda xəstələr öyrəşibdir bir cümləni işlətməyə: firma dərmanı. Təəssüf ki, bir çox həkim o deyilən firma dərmanlarını yazır və ondan faizlər alır. Və qürurla deyə bilərəm ki, heç bir insan, heç bir firma nümayəndəsi deyə bilməz ki, Rüfət həkim filan dərmandan faiz aldı, nədi, onların dərmanını yazdım.
Çünki, bir çox firmalar mənim o nümayəndələr mənim otağıma gəldikdə, vaxtilə gəlirdilər, artıq gəlmirlər. Gəldikdə əyləşdirirəm, oturun. Baxaq görək sizin ümumiyyətlə dərman mövcuddur yoxsa mövcud deyil.
Və çox hallarda isbat etmişəm ki, onların xəbəri olmadan, çünki nümayəndə olaraq özləri sadəcə təqdim edirlər bu dərmanı. Amma o dərman haqqında heç bir məlumatları yoxdur. İnternetdə Google-a göstərdim, deyirəm hansı firma sizin dərmanınızı istehsal eləyir?
İspaniyada firması. Gedir o İspaniya firmasını, o firma nəinki elə olur ki, mövcud deyil, hətta elə olur ki, o firma uroloji dərman istehsal eləmir. Belə hallar çox olubdur və həmin o nümayəndələr artıq mənim otağımın qapısını döymürlər və gəlmirlər, müraciət etmirlər.
Mən çox vaxtı dərmanların keyfiyyətinə, onun təsirinə, təcrübə ilə diqqət yetirirəm. Belə ki, Tamsulosin sırf mənim sahəmə uyğun olan bir dərmandır, o tərkibli, Tamsulosin tərkibli olan dərmanlar Azərbaycanda bir çox hallarda yanlış istehsal nəticəsimi deyim, yoxsa fake-mi deyim, təsirsiz olurlar. Bir firma var misal üçün, o Avstriya firmasıdır, Tamozin adı ilə.
O firmaya mən yazmışam, müraciət etmişəm. Və onlar mənə deyiblər ki, Azərbaycanda bizim distributor mövcuddur və arxayın yaza bilərsiniz. Hətta qutusunun da şəklini göndəriblər.
Yəni dediyim odur ki, mən o dərmanları araşdırıram, o dərmanların nəticəsinə baxıram və adi İbuprofen olduqda misal üçün, xəstəyə yazmışam bir dəfə İbuprofen, heç bir təsiri olmayıbdır. Ağrıkəsici olaraq iltihabı götürən bir dərmandır. Demişəm get alman aptekindən al.
Gedib alıbdır və iki gündən sonra deyib ki, doktor, tam başqa bir nəticədir. Təəssüf ki, Azərbaycanda bu problem mövcuddur və bu barədə artıq yəni rəhbərlik məşğul olmalıdır, ciddi məşğul olmalıdır. Çünki burada bizim insanların, bizim vətəndaşların sağlamlığından gedir söhbət və insanlar keyfiyyətsiz dərman aldıqda onların nəticəsi də olmur, hətta onların ölümünə də səbəb ola bilər.
Hətta öz şəxsi təcrübəmdən deyə bilərəm, mənim də heç vaxt aspirinə allergiyam olmayıbdır. Bir müəyyən firmanın aspirinini almışdım, içdim, baş ağrısı olduqda kəskin anafilaktik şok vermişdi məndə. Yəni həkim olmasaydım, bundan başım çıxmasaydı, mənim də nəticəm başqa cür ola bilərdi.
Müvafeq müalicə üsullarını tətbiq elədik, düzəldi. Amma təsəvvür edin ki, belə bir halda xəstə də olarsa, evdə həkim yoxdursa və gecikmə olarsa, xəstənin ölümü ilə nəticələnə bilər. Belə halda bizim dövlət rəhbərliyi bu işlə məşğul olmalıdır və yanlış, fake dərmanların satışını qadağan etməlidir.
Son yenilənmə: