Spermatozoid sayının sıfır olması ata olmağa maneədirmi?
Spermatozoidlərin sayı sıfır o demək deyil ki, mütləq sıfırdır. Çünki bu sıfır toxum kisəciklərindən çıxan spermada olan saydır. Bundan öncəki yollarda ola bilsin problem mövcuddur.
Yəni xayalardan istehsal olunan spermatozoidlər ola bilsin var, sadəcə o yollarda bir dənə maneəçilik var. Belə hallarda mütləq toxum xayalardan götürülməlidir və ordan mikroskop altında müayinə nəticəsində spermatozoidlər aşkar edilməlidir və yaxud da istisna olunmalıdır. Əgər orada da sıfırdırsa, o zaman bəli, şans yoxdur ki, ata olasan. Lakin orda bir dənə, iki dənə də spermatozoid tapılarsa, o zaman həm ata olmaq imkanı var, həm də gələcəkdə müayinə nəticəsində aşkar edilərək o yolların müalicəsini tətbiq etmək olar və yollar açılarsa normal üsulla ata olmaq şansı var.
Son yenilənmə: