Leitender Oberarzt · Lausitzer Seenland Klinikum (Sana) Bakıda qəbul: Badam Medical Center

Dr. Rüfət Əsədbəyli Uroloq · Androloq · Uroonkoloq

Əlçatanlıq

Mətn ölçüsü 100%
Əlçatanlıq bəyanatı

Dr. Rüfət Əsədbəyli

Uroloq · Androloq · Uroonkoloq

Dr. Rüfət Əsədbəyli
Facharzt für Urologie · Leitender Oberarzt

Urologiya, uro-onkoloji cərrahiyyə və laparoskopik urologiya üzrə ixtisaslaşmışdır. Gəncədə doğulub böyümüş, təhsilini Azərbaycan Tibb Universiteti, Pediatriya fakültəsində (1992–1998, Fərqlənmə diplomu (Qırmızı Diplom)) başa vurduqdan sonra Azərbaycan və Almaniyada müxtəlif klinikalarda çalışmış, urologiya və uşaq urologiyası sahəsində klinik təcrübə toplamışdır.

Hazırda Lausitzer Seenland Klinikum (Sana) (Hoyerswerda, Saksoniya) xəstəxanasının Urologiya, uşaq urologiyası və onkoloji urologiya klinikasında Leitender Oberarzt — «Urologiya klinikasının baş həkim müavini» — vəzifəsində çalışır və robotik (Da Vinci) və laparoskopik urologiya bölməsinə rəhbərlik edir. Urologiya klinikasının baş həkimi (Chefarzt) Dr. med. Nasreldin Mohammed-dir.

Bakıda əvvəllər Bakı Sağlamlıq Mərkəzi (2020)-ndə çalışıb; hazırda qəbul Badam Medical Center-də aparılır.

Rəqəmsal vizitkart

Qısa məlumat

İxtisas
Uroloq · Androloq · Uroonkoloq
Almaniyada ixtisas
Facharzt für Urologie
Vəzifə
Leitender Oberarzt
Leiter Robotische (Da Vinci) und laparoskopische Urologie
Xəstəxana
Lausitzer Seenland Klinikum (Sana), Hoyerswerda, Saksoniya
Bakıda qəbul
Badam Medical Center
hər 2–3 aydan bir
Cərrahi təcrübə
7800+ əməliyyat
Təhsil
Azərbaycan Tibb Universiteti, Pediatriya fakültəsi (1992–1998)
Dillər
Azərbaycan, alman, ingilis, türk, rus

Məqsəd · Hədəf · Dəyər

Məqsəd

Alman klinik praktikası və Avropa protokolları üzərində qurulan dəqiq diaqnoz; mümkün olduqca kəsiksiz üsullarla sağlamlığın bərpası.

Hədəf

Müasir cərrahi texnologiyaların — o cümlədən Da Vinci sisteminin — tətbiqini standartlaşdırmaq və ən mürəkkəb klinik hallarda belə düzgün strateji yanaşma ilə etibar mərkəzi olmaq.

Dəyər

Alman intizamına söykənən elmi dəqiqlik, diaqnoz və risklər barədə tam şəffaflıq, orqanqoruyucu cərrahi yanaşma və xəstə məmnuniyyəti.

Klinik istiqamətlər

Prostat xəstəlikləri

Xoşxassəli böyümə, iltihab, risk qiymətləndirməsi və cərrahi müalicə.

Kişi sağlamlığı — andrologiya

Sonsuzluq, varikosel, hormonal və funksional problemlər, MicroTESE.

Sidik kisəsi və sidik qaçırma

Hiperaktiv kisə, xroniki sistit, TOT/TVT lent əməliyyatları.

Uroonkologiya

Böyrək, sidik kisəsi və prostat xəstəliklərində mərhələli diaqnostika və cərrahi plan.

Uşaq urologiyası

Gecə islatma (enurez), tez-tez sidiyə getmə və uşaqlarda sidik yolu problemləri.

Böyrək və sidik yolu daşları

RIRS, perkutan nefrolitotomiya və konservativ müalicə.

Karyera xronologiyası Texniki təchizat

Beynəlxalq fəaliyyət və təlim

Canlı robotik əməliyyat yayımları

Almaniyadan Bakıdakı beynəlxalq minimal-invaziv cərrahiyyə konqresinə robotik əməliyyatların canlı yayımının təşəbbüskarı və təşkilatçısı:

  • 8–11 may 2025 — robotik radikal prostatektomiya
  • 7–10 may 2026 — robotik pieloplastika (böyrək ləyəninin plastikası); əməliyyatı urologiya klinikasının baş həkimi (Chefarzt) Dr. med. Nasreldin Mohammed icra edib

Həkim təlimi

London və Qlazqodan gələn həkimlər üçün ThuLEP (prostatın tulium-lazer enukleasiyası) kursu; klinikada Azərbaycandan gələn qonaq həkimlərin təcrübə keçməsinə dəstək.

Dillər

Azərbaycan, alman, ingilis, türk, rus.

Almaniya və Bakı

Lausitzer Seenland Klinikum binası, Hoyerswerda
Lausitzer Seenland Klinikum (Sana) — Hoyerswerda, Saksoniya
Dr. Rüfət Əsədbəyli iki Da Vinci konsolu arasında, Kiel
Da Vinci ekspert kursu, Kiel — Avqust 2024, Kiel — Intuitive ekspert kursu
Badam Medical Center binası, Bakı
Badam Medical Center — Bakıda qəbul

Fotoqalereya — klinika, robot, kurslar

«Əməliyyatların fərqi olub-olmaması çox zaman cərrahdan, cərrahın təcrübəsindən və eyni zamanda texniki təchizatdan asılıdır. Bunlar bir-birini tamamlayan amillərdir.»