Böyrək daşı zamanı əməliyyat nə vaxt zəruri olur?
Böyrəkdə daş varsa, bunun yerləşməsi çox önəmlidir. Əgər ləyəndə yerləşibsə, genişlənməyə səbəb olursa, o zaman əməliyyat olunmalıdır, bəli. Yox, əgər aşağı kasada oturubsa, buna lal daş deyirik və belə hallarda yaşı nəzərə alaraq, yəni yaşlı insandırsa, lal daşdırsa, buna heç cürə əhəmiyyət vermirik.
Sadəcə ola bilsin infeksiyaya səbəb olsun, o zaman infeksiyanı müalicə edirik. Lakin böyük əməliyyat və yaxud da uretroanroskopiya kameranın gəlib bu daşın çıxarılmasına ehtiyac olmur. Yox, əgər gənc adamdırsa, bu daşı yenə də konservativ müalicə ilə əritmə imkanımız var.
Belə halda həmin müalicəni tətbiq edirik. Əriməzsə, o zaman əməliyyat olunmasına qərar verilməlidir. Yenə də individual yanaşırıq. Çox zaman yəni əgər problem yaratmırsa, lal daşdırsa, ona dəymirik.
Son yenilənmə: