Prostat adenoması ilə prostat xərçəngini necə fərqləndirmək olar?
Çox gözəl mövzudur bu. Çünkü burada hər ikisini fərqləndirmək əsas faktorlardan biridir. Nədir bu?
Xoşxassəli, çox vaxtı buna hiperplaziya da deyirlər, prostat adenoması da deyirlər və xərçəng arasında böyük bir fərq var. Burada da xüsusi müayinə üsulları ilə bunu aşkar etmək olar. Buna, erkən diaqnostika da demək olar.
Çünkü əgər xərçəng varsa, bunun nə qədər tez müayinə üsulu ilə diaqnoz qoyularsa, o zaman xəstəyə daha da uyğun müalicə üsulu tətbiq edərək xəstəni bu xərçəngdən uzaqlaşdırmaq, hətta azad etmək olar. Xoşxassəli adenomalarda, yəni prostat adenomasında nə kimi şikayətlər olur? Hər ikisində eyni şikayətlər ola bilər.
Həm xərçəngdə, həm də adenomada. Obstruktiv miksion şikayətləri ola bilər. Belə halda prostat adenomasında və xərçəngdə eyni şikayətlər ola bilər.
Obstruktiv miksion şikayətləri deyirlər buna. Sidiyə zəif çıxma, gecə sidiyə qalxma, ləngimə və qalıq sidik hissiyyatı və sidik kisəsi tam boşalmama hissi. Bu şikayətlər hər 2 halda ola bilər.
Lakin prostat xərçəngi elə bir xəstəlikdir ki, onu sadəcə bu şikayətlərlə aşkar etmək olmur. Burada əlavə müayinə üsulları tətbiq olunmalıdır. ki, PSA (Prostat Spesifik Antigen).
Yəni qandan alınan bir analizdir. Bunun nəticəsi hər zaman bizə o şübhəni yarada bilər. Mütləq deyil ki, yəni PSA yüksək oldusa, xərçəng var.
Çünkü bunun səbəbi iltihab da ola bilər. Ona görə əlavə müayinə üsulları tətbiq olunmalıdır. Bizim kişilərin xoşuna gəlməyən barmaq müayinəsi deyilir buna.
Və bu barmaq müayinəsi çox əhəmiyyət kəsb edən bir müayinədir. Bunun nəticəsində prostatın konsistensiyası aşkar olunur. Sümük kimi sətdirmi, yoxsa yumşaqdırmı?
Sərtlik olarsa, o zaman bizə məlumat verir ki, bu xəstədə xərçəng olmaq ehtimalı var. Bəzən prostat bərk olsa da, PSA yüksək olmaya bilər. Bunu əlavə edən bir müayinə üsulu var, MRT deyirlər, multiparametrik prostat MRT-si.
Bunun da nəticəsində orada da mərhələ var, PİRAS 1, 2, 3, 4, 5 mərhələsi. Üçdən yuxarı olarsa, o zaman şübhə yarana bilər ki, burada prostat xərçəngi ola bilər. Belə halda hamısı şübhə yaradır.
Əsas diaqnozu qoyan müayinə üsulu biopsiyadır. Əgər bu üç müayinə üsulundan, yəni barmaq müayinəsi, PSA və yaxud da MRT, onlardan hər birində və yaxud da yalnız birində şübhə yarana rsa ki, burda şübhə var, prostat xərçəngi ola bilsin, o zaman biopsiya olunmalıdır. Və biopsiya nəticəsində artıq bəlli olur ki, xərçəng var ya yox.
Əgər tez erkən mərhələdə bu müayinə üsulu tətbiq olunarsa, diaqnoz düzgün qoyularsa, o zaman xəstəmizə böyük bir yardımımız dəyə bilər və xəstə də bundan faydalana bilər. Belə hallarda yenə deyirəm, bir çox uroloqlar, misal üçün, hətta bu barmaq müayinəsinə əl atmır. Halbuki bu böyük əhəmiyyət kəsb edir.
Xoşxassəliliklə prostat xərçəngi arasında differensiasiyanın qoymaq önəmlidir. Əgər dediyim kimi, bu barmaq müayinəsi və yaxud da MRT və yaxud da PSA yüksək deyilsə, o zaman adenoma diaqnozu qoyulur və yalnız adenomanın müalicəsi icra olunur. Digər hallarda isə hətta prostatın çıxarılması ilə yekunlana bilər. Belə halda xəstələrə müvafiq müayinə və müalicə üsulu tətbiq olunmalıdır.
Son yenilənmə: