Uroloq seçərkən xəstə hansı meyarlara diqqət etməlidir?
Yəqin ki, siz bu sualda Azərbaycan həkimlərini nəzərdə tutursunuz. Mən bildiyiniz kimi 2-3 aydan bir Azərbaycana gəlirəm. Almaniyadan dönüşdə xəstələr başqa həkimlərin qəbulunda olmuş olur.
Onlar hazır müayinə nəticəsi, reseptlərlə, edilmiş müalicələrlə mənə müraciət edirlər. Və o müayinə üsullarına və yaxud müalicə dərmanlarına baxdıqda çox təəssüflə deyə bilərəm ki, bəzi hallarda çox səriştəsiz yanaşma olur. Belə ki, bir şikayətə aid olan/olmayan bütün müayinələrdən keçirirlər.
Nəticədə, həmişə yadda saxlamalıyıq ki, xəstələrə diaqnoz qoyulmalıdır. Və, o diaqnoza uyğun olaraq müalicə yazılmalıdır. Azərbaycanda çox vaxt görürəm ki, xəstələrimizə geniş spektrli antibiotiklər yazırlar.
2-3 antibiotik yazırlar və yaxud da yanlış diaqnoz qoyulur. Prostat şikayətidirsə, elə prostatit adını qoyurlar, ona uyğun hətta uyğun olmayan müalicə üsulunu tətbiq edirlər. Xəstə də təbii ki, narazı qalır və ondan sonra mənə müraciət edir.
Aşkar edirsən ki, halbuki xəstənin dərmanı tam başqadır. Belə hallar ilə çox vaxtı rastlaşıram. Təbii ki, bir çox uroloqlar mənim dost, tanışlarımdır.
Onlara hətta öz xəstələrimi göndərirəm. Burada olmadıqda, xəstələr onlara müraciət edirlər. Onlara inanıram, güvənirəm və nəticəsi də təbii ki, müsbət olur.
Lakin, təəssüf ki, elə uroloqlar var ki, barmaqla saya bilərəm. Özlərini yüksək sayırlar. Digər uroloqları etik baxımdan xəstələrin yanında yaxşı saymırlar, deyirlər ki, o həkim yaxşı deyil.
Yəni belə hallara, mən ümumiyyətlə neqativ baxıram. Mən özüm də heç kəsə heç vaxt demirəm ki, o həkim savadsızdır və yaxud da belədir. Etik normalar var.
Belə hallarda dediyim kimi o tək-tük həkimlər var. Onlar özlərini üstün saymaqla, özlərinə bizi rəqib görməsi doğru sayılmır. Rəqabətin özü də bir reklam üsuludur.
Lakin belə hallarda həmin xəstələr həqiqəti tapırlar. Narazılıq artıq sonda özünü göstərir. Belə hallarda təbii ki, yenə deyirəm.
Müasir dövrdə xəstələr nəinki dost-tanışdan soruşa bilərlər, öyrənə bilərlər həkim necədir? və.s Həmişə nəticəyə baxmaq lazımdır. Nəticə varsa, o zaman, o həkimə müraciət etmək olar.
Son yenilənmə: