Leitender Oberarzt · Lausitzer Seenland Klinikum (Sana) Bakıda qəbul: Badam Medical Center

Dr. Rüfət Əsədbəyli Uroloq · Androloq · Uroonkoloq

Əlçatanlıq

Mətn ölçüsü 100%
Əlçatanlıq bəyanatı

Robotik (Da Vinci) əməliyyatın üstünlüyü varmı?

Təbii ki, robotik cərrahiyyə üsulları adi açıq və yaxud da laparoskopik üsullardan fərqlidir və böyük bir üstünlükləri var. Belə ki, robotik əməliyyatlar əslində laparoskopik üsullardan biridir. Lakin laparoskopik əməliyyatların fərqi odur ki, robot həmin o instrumentlərlə insan əlinin hərəkətlərini icra edir. Laparoskopik üsullarda isə instrument həmin o hərəkətləri icra edə bilmir. Bu bir fərqdir.

Bu fərq nə kimi bizə üstünlük verir? Belə ki, misal üçün prostat xərçəngi əməliyyatında prostatı çıxartdıqdan sonra anastomoz qoymaqda çox mühüm bir vəzifə daşıyır. Və belə hallarda həmin bu anastomozu qoyanda elə bir anastomoz qoyulur ki, yəni sidik kisəsi ilə sidik kanalının arasında elə bir anastomoz qoyulur ki, onun laparoskopiklə icra olunması çox çətin olur.

Bundan da başqa, həmin əməliyyatda sfinkter deyilən, yəni klapan mexanizmi zədələnmir və həmin o kanal ətrafında olan o klapan öz yerində qalır, zədələnmir. Əməliyyatdan sonra xəstə normal üsulla sidiyə gedə bilir, sidiyi saxlaya bilir. Digər hallarda ola bilsin ki, yəni həmin o klapan mexanizmi zədələnsin. Bu bir üstünlüklərdən biridir. Yəni həmin o anastomoz qoyulması, rekonstruktiv cərrahiyyədə həmin o əl hərəkətinin icra olunması çox böyük bir əhəmiyyət kəsb eləyir.

Bundan başqa, bu əməliyyat zamanı xəstələrdə bütün toxumalar, bütün orqanlar, damarlar çox aydın görünür və onların zədələnməsi şansı çox az olur və bu mürəkkəb əməliyyatların icra olunmasına çox faydalı olur, yardım edir. Bundan başqa, xəstələr belə əməliyyatdan sonra nəinki ağrıları olmur, hətta erkən dövrdə evə yazıla bilir. Üçüncü, dördüncü, maksimum beşinci gündə evə yazırıq və ondan sonra normal həyatına davam edə bilir. Və belə əməliyyatlardan sonra heç bir yırtıq yaranmır. Yəni xəstədə kəsik kiçik də olur və bunun əsasında xəstələrdə reabilitasiya dövrü qısa olur, həyata qayıdış dövrü yaxşı olur və qısa zamanda adi həyatına dönür.

Robotik əməliyyatda sadəcə bir dənə məqam var ki, biraz belə desək, mənfi cəhətidir. Həmin o instrumentləri bədənə salmaq və robotu instrumentlərlə birləşdirmək bir qədər vaxt alır. Lakin sonrakı dövrdə bu əməliyyat özünü doğruldur. Adı ilə də, öz vacibliyi ilə də bunu göstərir ki, bu əməliyyat qat-qat üstündür.

Bundan da başqa, bu gələcəkdə bizə bir tendensiya yaradır ki, və artıq bunu icra ediblər, distansiyada, böyük distansiyalarda bu əməliyyatı icra etmək mümkün ola bilər. Belə ki, Çində də bunu ediblər: 5000 kilometrdən olan məsafədə xəstənin hansısa bir xəstəliyini əməliyyat ediblər və uğurla başa gəlibdir. Belə hallarda bu artıq gələcəkdir. Hətta müasir dövrdə artıq başlayıblar süni intellekti də həmin bu robotlara tətbiq etməyə. Belə ki, hər bir əməliyyatla robot öyrənir ki, hansı üsulda, hansı problemdə necə özünü aparmaq lazımdır. Və öyrəndikcə də hətta gələcəkdə özü də əməliyyatı icra edə bilər. Bu artıq gələcəyin işidir. Amma artıq bu işlər gedir.

Yəni bir sözlə, bu müasir bir cərrahiyyə üsuludur və müasirlik həmişə aktualdır və belə hallarda robotik əməliyyat üstün sayılır. Lakin elə bir əməliyyatlar var ki, robotu orda tətbiq etmək mümkün olmur: böyük törəmələrdə, böyrək şişlərində. Çünki robotik əməliyyatın icra olunmasında mütləq bir sahə lazımdır. Əgər böyük bir törəmə varsa, o sahəni əldə edə bilmirik. Ona görə açıq əməliyyata əl atmağa məcburuq.

Hər bir halda həkim o robotun istifadəsini özü təyin edir. Hansı halda imkan var, hansı halda artıq əməliyyat açıq əməliyyat icra olunmalıdır. Bu qərar artıq cərrahın özündədir.

Bununla belə, robotik əməliyyatdan sonra da ağrı, yırtıq, qanaxma, infeksiya və sidik saxlama çətinliyi kimi ağırlaşmalar mümkündür; evə yazılma müddəti və bərpa fərdidir. Robotik üsul hər xəstə üçün digər üsullardan üstün olmaya bilər — üsul seçimi müayinədən sonra fərdi verilir.

Son yenilənmə: