Urologiyada bütün xəstəliklər üçün universal müayinə varmı?
Çox maraqlı sualdır və bu suala qətiyyətlə cavab verə bilərəm ki, xeyr, elə bir üsul yoxdur ki, onun vasitəsilə xəstəyə konkret diaqnoz qoyulsun. Xəstələr bir çox vaxtı düşünürlər ki, KT olsun, kompyuter tomoqrafiya, MRT olsun, onun vasitəsilə tam diaqnoz qoyulacaq. Xeyr, elə şey olmur.
Belə hallarda individual yanaşmaq lazımdır. Çünki hər bir xəstəliyin öz xüsusi müayinəsi olur. Bir çox hallarda belədir.
Belə ki, sidik kisəsinin neyrogen disfunksiyasında hiç bir MRT, hiç bir KT, hiç bir ultrasəs müayinəsi bunun diaqnozunu qoymayacaqdır. Belə hallarda urodinamik müayinə olmasına ehtiyac olur. Və yaxud da böyrək üstü vəzin törəməsində KT edilə bilər, MRT edilə bilər, digər üsullar nəticə verməyə bilər.
Ona görə deyirəm, belə hallarda individual yanaşmaq lazımdır. Hətta xəstədə misal üçün qan olursa, sidikdə qan olursa, burda artıq geniş müayinə üsullarına əl atmaq olar. Nəinki KT, MRT, hətta sistoskopiya da olunur.
Yəni kamerayla sidik hissəsinə girilir və ordakı mühitə baxılır. Orda törəmə varmı? Daş varmı?
İltihab varmı? Səbəbi nə ola bilər? Bunlar hamısı belə bir unikal müayinə üsulu mövcud deyil.
Və hətta təəssüflə deyə bilərəm ki, xəstələr gedirlər həkimlərə. Bütün müayinə üsulları, şəkərdən tutmuş, yəni lazım oldu, olmadı, bütün müayinələrdən keçirlər. Laborator müayinələr, ultrasəs müayinəsi və əlavə olaraq KT də keçirlər ki, artıq nəticə əldə etsinlər.
Halbuki orda o qədər geniş müayinələrə ehtiyac olmur. Ona görə deyirəm, xəstə müraciət etdikdə səriştəli həkim uyğun olaraq, şikayətlərə uyğun olaraq konkret müayinə üsullarını tətbiq eləməlidir. İnsafla bu üsullardan istifadə edərək xəstəyə mütləq diaqnoz qoyulmalıdır və o diaqnoza uyğun olaraq da müalicə tətbiq etməlidir.
Son yenilənmə: