Uroloqa yalnız uroloji şikayətlərlə müraciət edilir?
Bu çox maraqlı sualdır, çünki bu suala cavab olaraq bu problemi və yaxud da bu müraciətləri mən nəinki klinikalarda həm Azərbaycanda, həm də Almaniyada yaşayıram, hətta öz ailəmdə, öz çevrəmdə yaşayıram. Niyə? Çünki bir çox dostlar, tanışlar, qohumlar öz ailəmdə belə digər spektrdən olan, yəni urologiya sahəsinə aid olmayan suallarla bir həkim olaraq, bir qohum olaraq, tanış olaraq mənə müraciət edirlər və çox vaxtı doğru yola yönəldə bilirəm xəstələri, hətta müalicəsini də yaza bilirəm.
Lakin klinikalarda götürsək, mənim peşəm olmasa belə, mənim sahəmə aid olmasa belə, bir çox xəstələr hipertenziya ilə misal üçün, yəni təzyiqin artıq olması ilə əlaqədar mənə müraciət edirlər, çünki bu böyrəküstü vəzinə bağlı ola bilər və yaxud da böyrəyin xəstəliklərinə bağlı ola bilər, böyrək damarının xəstəliklərinə aid ola bilər. Digər sahələri götürsək, çox zaman urologiyada ginekoloji xəstəliklər də mövcud olur. Belə ki, bunlara uroginekoloji xəstəliklər deyirik, sindromlar deyirik.
Sidik saxlamamaq və yaxud da sidikliyin sallanması və digər sindromlar, simptomlar var. Belə hallarda nəinki xəstələr ginekoloqa müraciət edə bilər, hətta bizə uroloqlara da müraciət edə bilərlər. Başqa sahələri götürsək və yaxud başqa sahələri götürsək, bir çox xəstələr bel ağrıları ilə bizə müraciət edirlər.
Burda çünki differensiasiyası mümkün olmur. Bu bel ağrısıdırmı yoxsa böyrək ağrısıdırmı? Və yaxud da qarın qarınaltı ağrılar olduqda bizə müraciət edirlər.
Belə hallarda bağırsaq problemləri də mövcud ola bilər. Bu halların differensiasiyası üçün xəstələr təbii ki, mütəxəssisə müraciət etməlidir və bunun düzgün müayinəsinə həmin xəstəliyin doğru diaqnozu gətirib çıxarda bilər.
Son yenilənmə: