Müalicə prosesində xəstələrin ən çox etdiyi səhvlər və gözləntilər
Yanlışlıqlar dedikdə çox zaman xəstələrin gözləntilərindən asılıdır. Nədir bunlar? Bir çox xəstə xroniki olan xəstəliklərlə bizə müraciət etdikdə gözləyirlər ki, biz onu bir ayda, beş gündə müalicə edək, sağaldaq.
Belə şeylər mümkün olmur. Həmin o gözləntiyə bağlıdır xəstələrdə. Elə olubdur ki, bir xanım misal üçün 17 il xəstəliyi olubdur və adi bir şey idi.
Onu müalicə etmək üçün bir dövr lazım oldu. Uzun müddət müalicə etdik, kurslar etdik və tamamilə sağaldı. Yəni bu xəstə sözə baxdı və inandı, bunun nəticəsi oldu.
Və bu kimi xəstələr bizə müraciət etdikdə, mənə müraciət etdikdə gözləyir ki, ona qısa müddətdə yardım edim. Belə hallarda xəstələrdə səbr olması lazımdır. Səbr olmazsa, bu müalicənin effekti də olmayacaqdır.
Yəni dediyim kimi, kəskin xəstəliklər, kəskin sindromlar, bunlar qısa müddətdə müalicə oluna bilər. Lakin xroniki xəstəliklərə bəzən bir neçə kurs tələb oluna bilər. Olur, misal üçün uşaqlarda da olur sidik qaçırma.
Bir kursla müalicə edirik, keçib gedir və yaxud da bir neçə kurs tələb oluna bilər, hətta geniş müalicə kursu tələb oluna bilər. Ona görə valideynlər burada da çox önəmlidir, onların düşüncələri, onların yanaşması. Və həkimə inanırlarsa, həkimin təcrübəsini bilirərlərsə, hal-hazırda digital dünyadır, təbii ki, ordan-burdan soruşurlar, hətta internetdə də məlumat toplaya bilirlər.
Həkim haqda, təcrübəsi haqda məlumat toplayırlarsa və ona inanırlarsa, səbrlə o həkimə inanaraq müalicəni davam etməlidirlər. O zaman həmin xəstəliyin, həmin şikayətlərin sonuna gəlib çıxmaq olar. Təəssüflə burada qeyd edə bilərəm ki, bir çox xəstələr, bir çox xəstələr, həqiqətən belədir.
Mənə müraciət etdikdə müayinə edirəm və müalicəsinin cəmi bir dərmanda görürəmsə, o xəstəyə o dərmanı yazıramsa, bu xəstə deyir bəs biz öyrəşmişik ki, bir dörd-beş dənə dərman olsun. Yəni artıq o bir dərmana inanmırlar. Halbuki həqiqətən bu müalicənin əsasını həmin o bir dərman təşkil edir.
Lakin bir çox xəstəyə yanlış müalicələr həkimlər tərəfindən yazılır. Beş, altı, on dərmanlar yazılır və onların effekti olmaya bilər.
Burada danışılan hallar tipik nəticə kimi qəbul edilməməlidir: müalicənin nəticəsi hər xəstədə fərqlidir və əvvəlcədən zəmanət verilmir. Xroniki xəstəliklərin müalicəsi uzun sürə bilər və müntəzəm həkim nəzarəti tələb edir.
Son yenilənmə: