Leitender Oberarzt · Lausitzer Seenland Klinikum (Sana) Bakıda qəbul: Badam Medical Center

Dr. Rüfət Əsədbəyli Uroloq · Androloq · Uroonkoloq

Əlçatanlıq

Mətn ölçüsü 100%
Əlçatanlıq bəyanatı

Saxta dərmanı necə tanımaq olar?

Bu halda xəstə özü çox çətinliklə təyin eləyə bilər ki, bu saxtadır ya saxta deyil. Çünki onlar həkimə inanırlar, həkimin də yazdığı dərmana inanırlar, gedirlər aptekdən alırlar. Aptekin özündə də bəzən deyirlər ki, bu dərman yoxdur, bunun əvəzedicisini verə bilərik.

Burda da artıq yanlışlıq ola bilər. Mən öz xəstələrimə deyirəm ki, yalnız bu dərman nəticəsini bu dərmanın adı ilə ala bilərsiz və nəticəsini görəcəksiz. Lakin elə dərmanlar var ki, adını da çəkə bilərəm, vezikar adında dərman var.

Sidik hissəsi həssas olduqda o dərmanı yazıram çox vaxtı. Bu xəstələrdə deyirəm ki, əgər bu vezikar dərmanı ağızda quruluq yaratdısa, bu yan ətkisidir, təsiridir. Belə halda deməli bu orijinal dərmandır.

Yəni təsiri var. Yox, təsir etmədisə dəyişin. Belə hallar olubdur, Moskvanın özündə də alıblar xəstələr gedib bir aptekdən alıbdır dərmanın vezikarı, təsir etməyibdir.

Deyiblər get başqa aptekdən alıb. Alıbdır, təsir edibdir. Çünki o ağız quruluğu olmadısa, deməli o dərman vezikardan gedir söhbət.

O dərman saxta dərmandır. Rastlaşmışıq və tez-tez də rastlaşırıq. Belə hallarda xəstənin özü bilməlidir ki, bu dərman saxta ola bilər ya yox. Qutusunun formasından, qutusunda olan yazılardan və yaxud da qutusunun arxasında yazılan o firmanın ünvanına girərək baxa bilərlər ki, bu dərman saxtadır ya yox.

Son yenilənmə: