Rüfət Əsədbəylinin Azərbaycandan Almaniyaya uzanan peşəkar yolu
Bəli, doğrudur ki, mən Gəncədə doğulmuşam, Gəncədə böyümüşəm. Bundan sonra 1992-ci ildə ilk testlərlə Azərbaycan Tibb Universitetinə qəbul oldum və 98-ci ildə qırmızı diplomla Azərbaycan Tibb Universitetini bitirdim.
Bundan sonra aşkar etdim ki, Azərbaycanda olan nöqsanlar mövcuddur, çatışmazlıqlar var. Və qərar verdim ki, bu çatışmazlıqları və bu təcrübəni doldurmaq üçün Almaniyaya səfər edim. Və beləliklə, sənədlərimi verdim.
O zaman gözəl bir proqram var idi — DAAD deyirlər. Onlar stipendiyalar verirlər burdakı həkimlərə, akademiklərə, və bu üsulla mənə stipendiya verildi. Bundan sonra o stipendiya ilə Almaniyaya səfər etdim.
Orda hətta alman dili kursları təşkil etdilər bizim üçün. Və ondan sonra mənim həkimlik fəaliyyətim Almaniyada başladı.
Son yenilənmə: