Leitender Oberarzt · Lausitzer Seenland Klinikum (Sana) Bakıda qəbul: Badam Medical Center

Dr. Rüfət Əsədbəyli Uroloq · Androloq · Uroonkoloq

Əlçatanlıq

Mətn ölçüsü 100%
Əlçatanlıq bəyanatı

Azərbaycanlı tibb tələbələri və rezidentlər Almaniyada təcrübə üçün hansı imkanlardan yararlana bilərlər?

Əslinə qalsa bu çox həssas sualdır. Niyə həssas? Bəli, mənə müraciət eləyirlər.

Həm Azərbaycanda, həm Almaniyada və Almaniyada demək olar ki, həftədə iki, üç email mənə gəlir ki, doktor, sizin klinikada təcrübə keçmək istəyərdik, bir aylıq, üç aylıq maksimum müddət olur hər zaman. Və bu tələbələrimizə, rezidentlərə mən həmişə müsbət olaraq cavab verirəm. Belə hallarda bu tələbələr və yaxud da rezidentlər bizə müraciət edirlər və həmişə mən onlara müsbət cavab verirəm.

Dəstək olmağa hazıram. Sadəcə çox zaman maddi duruma bağlıdır bu məsələ. Niyə?

Çünkü bizim klinikada yataqxana olmadığından dolayı onlar istəyirlər ki, yataqxana pulsuz olsun və yataqxanadan başqa klinikanın özü maddi yardım etmir. Çünkü əslinə qalsa bu tələbənin və yaxud da rezidentin öz marağı olmalıdır. Belə halda mən tərəfdən, yəni bir direktor müavini olaraq hər zaman dəstək gözləyə bilərlər və o dəstəyi alırlar.

Artıq sonrakı dövr onların özlərinin maddi durumuna bağlıdır. Rezident məsələsinə gəldikdə isə, bəli, rezidentlik məsələsində də yardım edirəm. Əgər bizdə yer boşdursa və yaxud başqa bir şöbələrdə boş yer varsa, bunu bu barədə mən yardım edə bilirəm.

Lakin oradakı prosedurlar, Almaniyada olan prosedurlar, dil imtahanından keçmək, sonra həmin o diplomu təsdiq eləmək məsələsi gəldikdə bu halda uzun müddət tələb oluna bilər. Və bu uzun müddətdə həmin o həkimlər öz maddi hesabına orada qalmalı olurlar. Yenə də gəlib çıxır ki, öz maddi hesabında problem olarsa, artıq məhdudiyyətlər yarana bilər.

Son yenilənmə: