Azərbaycanda, Almaniyada və Türkiyədə uroloji əməliyyatların fərqi nədən ibarətdir?
Əməliyyatların fərqi olub-olmaması çox zaman cərrahdan asılıdır, cərrahın təcrübəsindən asılıdır və eyni zamanda texniki təchizatdan asılıdır. Bunlar bir-birini tamamlayan amillərdir. Əgər cərrahın təcrübəsi varsa, peşəkar bir cərrahdırsa, lakin mevcud olan instrumentari və yaxud da texniki təchizat yoxdursa, bu artıq əməliyyatın gözəl keçməsinə səbəb ola bilməz.
Belə halda hər ikisi önəmli amillərdən biridir. Cərrahın təcrübəsi Azərbaycanda da yüksək olmalıdır, Türkiyədə də, Almaniyada da. Lakin aktual götürsək, mən özüm Almaniyada işlədiyimidən dolayı, Almaniyada etdiyim robotik cərrahiyyəni mən Azərbaycanda icra edə bilmərəm.
Çünkü robotik cərrahiyyə Azərbaycanda mövcud değil. Və mövcud olsa belə bu Azərbaycan xəstələrində əməliyyatın icra olunmasında böyük bir problem yaradır. Nədir bu problem?
Həmin o instrumentariya, robotik cərrahiyyədə istifadə olunan instrumentlər hər birinin istifadə olunması öz qiyməti var. Demək olar ki, hər bir əməliyyat əna zı 1000 avro qiymətində həmin instrumentlərdən xərc kimi görsənə bilər. Bu da xəstələrin maddi durumuna bağlıdır.
Təbii ki, Türkiyənin özündə də bu problem var. Orada bir çox insanlar robotik cərrahiyyəyə müraciət edirlər, cərrahlara müraciət edirlər. Almaniyada isə bir çox klinikada bu robotik cərrahiyyə var. Yəni fərq dedikdə, hər zaman texniki baxımdan götürsək, əgər instrumentari varsa və cərrahın təcrübəsi varsa, bu nəinki Azərbaycanda, Afrika ölkələrində də bu icra oluna bilər.
Son yenilənmə: