Leitender Oberarzt · Lausitzer Seenland Klinikum (Sana) Bakıda qəbul: Badam Medical Center

Dr. Rüfət Əsədbəyli Uroloq · Androloq · Uroonkoloq

Əlçatanlıq

Mətn ölçüsü 100%
Əlçatanlıq bəyanatı

Onlayn tibbi xidmət (OTX) urologiyada nə dərəcədə faydalıdır?

Gəlin tamaşaçılarımız üçün və xəstələrimiz üçün açıqlama verək. OTX onlayn tibbi xidmət deməkdir. Və əslinə qalsa bu çox gözəl fikirdir, çox lazımlı bir şeydir.

Lakin şəxsən mən öz fikrimi bildirim. Belə hallarda xəstələr mənə müraciət etdikdə çox zaman Almaniyanı işimi nəzərə alaraq, Almaniyadakı orda olan təcrübəmi nəzərə alaraq, mənim o qədər bir imkanım yoxdur, vaxtım yoxdur ki, o qədər sayda olan xəstələrin, xəstələrin suallarına cavab verə bilmək imkanım olsun. Çox zaman vaxt məhdudiyyəti böyük olur.

Və belə halda mənim təklifim olardı, misal üçün, bu üsulda xəstələr blitz suallar versin, blitz cavablar alsınlar. Ki, xəstələri doğru yola yönəldə bilək deyə. Yoxsa xəstə bir sual verəcəkdir və onun arxasınca başqa sual verəcəkdir.

Və arxasınca yenə də sual çıxacaqdır. Cavabından uyğun olaraq yenə də sual çıxacaqdır. Belə hallarda həkimin, peşəkar bir həkimin nə vaxtı mümkündür və hətta yenə də peşəkarlığa gəlib çıxırıq.

Burda peşəkarlıqda nöqsan mövcud ola bilər. Niyə? Çünkü ola bilsin hansısa bir məqama, hansısa bir müayinə üsulunda çatışmazlıq olsun və xəstəni doğru yola yönəltməyək.

Ona görə bu həssas sualdır. Belə halda həkimin və xəstənin təması çox önəmlidir. Sual verib yönəltmək olar, lakin ondan sonra xəstə mütləq həkimə müraciət etməlidir.

OTX ilə, yəni onlayn tibbi xidmətlə tanışlığım təsadüfi deyildi. Hətta təsadüfi olsaydı belə, təsadüflər təsadüf olmur necə deyirlər. Səfər bəylə tanış oldum və onun layihəsi ilə tanış oldum.

Çox gözəl fikirdir. Çox gözəl bir layihədir. Və bu bir firma olaraq, bir layihə olaraq layihənin üstünlüyü deyil.

Bu bizim xəstələrin, bizim insanların müsbət tərəflərinin qazanmasında böyük bir yardımçı bir olan layihədir. Çox dəstəkləyirəm və belə halda bunun inkişafında və yaxud da onun hansısa bir çatışmazlığını gördükdə, ona yardım etmək də çox istərdik ki, yardımçı olaq.

Son yenilənmə: