Erektil disfunksiya yəni impotensiya, cinsi zəiflik, erkən boşalma, xüsusilə 40 yaşdan yuxarı insanlarda rast gəlinir. Narahat olmağa dəyməz, çünki əksər hallarda müalicə edilə bilər. Hansı müalicənin tətbiq ediləcəyi erektil disfunksiyanın səbəbi və şiddətindən asılı olaraq dəyişə bilər.
Birinci addım dərman müalicəsidir və 60-80% hallarda uğurludur. Daha sonra ESWT (aşağı enerjili şok dalğa terapiyası), vakuum cihazları, penis protezi müalicələri tətbiq oluna bilər.