Böyrək kistləri və Bosniac təsnifatı

Böyrək kistləri vaxtında müalicə tələb edən xoşxassəli xəstəlikdir. Əgər problemi uzun müddət nəzarətsiz qoysaq,  kistlərin bədxassəli törəməyə keçmək ehtimalı ola bilər. Bu patologiya daha çox 40 yaşdan sonra rast gəlinir. Radioloji görüntülərə əsasən kistlərin Bosniac təsnifatı tərtib edilmişdir, bu düzgün müalicə taktikasını seçməyə imkan yaradır. 

Tip I – adlanan böyrək kistlərı hamar səthli sadə kistlərdir. Bunlar xərçəng xəstəliyinə çevrilmir və bu səbəbdən hər hansı  bir müalicəyə ehtiyac yoxdur. 

Tip II böyrək kistləri xoşxassəlidir, içərilərində incə tək-tük pərdələr (septumlar), incə kalsifikatlar olur. Xərçəngə – çevrilmə ehtimalı demək olarki 0%-dir. 

Tip II F – kistlərində divarlarının ciddi dərəcədə qalınlaşması, qalınlaşmış septumlar və kalsifikatlar mövcuddur. Bu kistlər mütamadi olaraq kontrol olunmalı, çünki bu böyrək kistlərinin xərçəngləşmə ehtimalı 5%-dir. 

Tip III böyrək kistlərində divarları və septumları daha da qalın və daha çox kalsifikatlar aşkar olunur. Hətta kontrast  maddə ilə də qismən kontrastlaşa bilirlər. Xərçəngə çevrilmə ehtimalı 50%-dir. Bu səbəbdən bu kistlərin çıxarılması lazımdır. 

Tip IV – böyrək kistləri qeyri bərabər toxumalar ilə olur, bəzi hissələri törəmələr kimi kontrastlaşır. Bu kistləri böyrək şişi kimi qəbul edilir, ona görə də dərhal çıxarılmalıdır.