Normalda bakteriyalar reproduktiv orqanlar və anus bölgəsində mövcuddur. Bəzən bu bakteriyalar aşağı sidik yollarını keçərək sidik kisəsinə çata bilirlər (sidik kanalı qadinlarda qısa olduqdan sistit qadınlarda daha çox hallarda rastlanir). Sidik kisəsinə çatan bakteriyalar sidik ifrazı yolu ilə xaric olurlar. Lakin sidik kisəsinə daxil olan bakteriyaların miqdarı xaric edilən bakteriyaların sayından çox olarsa, immun sistemində zəiflik olarsa, sidik kisəsində və daha sonra böyrəklərdə iltihab yarana bilər. Yoluxma cinsi əlaqə zamanı və ya cinsiyyət orqanlarının təmizliyinə yetərincə diqqət yetirilmədikdə, həmçinin sidiyi uzun müddət tutma, sidik yollarını daraldan xəstəliklər və menapauza zamanı estrogen səviyyəsinin aşağı olması səbəbi ilə baş verə bilər. Müvafiq müalicəni və profilaktik tədbirlərini mütəxəssis pasientə individual olaraq uyğunlaşdıra bilər. Vaxtında və düzgün tətbiq olunmuş müalicə xroniki formanın yaranmasının qarşısını ala bilər.