Prostat xəstəlikləri bütün dövrlərdə aktual olub. Son vaxtlar Azərbaycanda kişilər ən çox prostat vəzi xəstəliyindən şikayət edirlər. Bu xəstəlik cavanlaşan xəstəliklər sırasındadır. Prostat xəstəliklərini 3 qrupa ayırmaq olar.
Bunlar prostat vəzin iltihabı, yəni prostatitt, digəri prostat vəzi xoşxassəli şişi (xoşxassəli hiperplaziya), başqa sözlə prostat adenoması, 3-cüsü isə prostat vəzinin xərçəngidir. Prostatitlər adetrn konservativ üsulla müalicə olunur.
Lakin abses, yəni irinli prosesi başlayarsa, əməliyyata ehtiyac oluna bilər. Prostat adenomasının müalicəsində ilk etapda adətən dermanlardan istifade olunur. Lakin bu dərmanlar yardım etməzsə endoskopik və ya açıq əməliyyat üsullarından istifadə edilir.
Prostat çox dərində yerləşən bir orqandır, və onun xərçəngi açıq əməliyyat, laparoskopik və ən müasir robotik üsullarla icra olunur. Təəssüf ki, robotik üsul Azərbaycanda hələki mövcud deyil.