Laparoskopik Tumor Rezeksiyası və ya Radikal Nefrektomiya nədir?

Böyrək xərçəngi zamanı törəmənin və ya tam böyrəyin bədəndən çıxarılması üçün istifadə edilən minimal invaziv  (kiçik travmaya səbəb olan), yəni laparoskopik üsuldan istifadə edilə bilər. 

Bu texnikada, bədəndə böyük bir cərrahi kəsik edilmədən, yalnız 3 və ya 4 kiçik dəlikdən yerləşdirilmiş borular  (trokar) vasitəsi ilə bədənə göndərilən incə alətlər ilə açıq cərrahiyyə əməliyyatda edilən bütün prosedurların eynisi həyata keçirilir. Bu əməliyyat yalnız müvafiq şişlərdə və uyğun yerləşən törəmələrdə istifadə edilir.