HOLEP üsulu niyə?

Holmium Lazer (HOLEP) ilə aparılan xoşxassəli prostat böyüməsi əməliyyatlarında lazer texnologiyasından istifadə edilərək  toxumaya müdaxilə edilir, bıçaq və buna bənzər kəsici alətlərdən istifadə edilmir. 

Bu səbəblə, HOLEP müalicəsində toxumaların zədələnməsi çox azdır, ona görə də sidik qaçırma və sidiyə getmə problemi az  olur və ya heç olmur. 

Bundan başqa qanaxma riski çox azdır, əməliyyatdan sonra təkrarlanma ehtimall olduqca aşağıdır və xəstəxanada  qalma müddəti qısa olur.