Sidikdə qan görülməsi

Sidikdə qanaxma ilə müşayiət olunan başqa bir şikayətin olub olmadığı çox vacibdir. Sidik ifrazı zamanı yanma, yan və bel ağrısı, qasıqda ağrı, yüksək hərarət, ürəkbulanma və qusma kimi müşayiətedici simptomlar ola bilər. 

Bu vəziyyətdə sistit, böyrək iltihabı, daş xəstəliyi, prostat böyüməsi, prostat xərçəngi tez tez görülsə də, böyrək xərçəngi ehtimalı da düşünülməlidir.

Çünki qanaxmaya səbəb olan böyrək xərçəngi kəskin böyrək şansını kimi ağrıya səbəb ola bilər. Lakin xərçəng çox vaxti təsadüfi müayinə nəticəsində aşkarlanır. 

Sidik analizində mikroskopik qan izləri isə xərçəng xəstəliyinə işarə ola bilər. Bu səbəbdən, sidikdə və ya sidik analizi nəticəsində bir dəfə də olsa qan izi görünsə, həkiminizlə məsləhətləşin.