Holmium Lazer (HOLEP) ilə aparılan xoşxassəli prostat böyüməsi əməliyyatlarında lazer texnologiyasından istifadə edilərək toxumaya müdaxilə edilir, bıçaq və buna bənzər kəsici alətlərdən istifadə edilmir.
Bu səbəblə, HOLEP müalicəsində toxumaların zədələnməsi çox azdır, ona görə də sidik qaçırma və sidiyə getmə problemi az olur və ya heç olmur.
Bundan başqa qanaxma riski çox azdır, əməliyyatdan sonra təkrarlanma ehtimall olduqca aşağıdır və xəstəxanada qalma müddəti qısa olur.