DaVinci robot əməliyyatı ilə sağlamlığına qovuşa uşaq xəstəmiz

DaVinci robot əməliyyatı ilə sağlamlığına qovuşa uşaq xəstəmiz

Bu yaraşıqlı oğlan Almaniyada yaşayır və onu elə Almaniyanın bir məşhur Universitet Klinikasında iyun ayında böyrək daşına görə əməliyyat etdilər. Təsəvvür edin ki, bir stasionar yatışda arxa arxasınca 3 dəfə kəsiklə olan eyni əməliyyatı etmişdilər, lakin hər dəfə əməliyyat zamanı ağırlaşmalarla yekunlaşaraq nəticəsi uğursuz olmuşdur (deyəcəksiz: “Almaniyada da, Universitet Klinikasında da belə şey olarmış…?!”).

Yəni son əməliyyatdan sonra daş təəssüfki hələ də mövcud idi və bu cürə evə yazılır. Uşağın valideynləri çarəsiz qalaraq sorğu-sual etdikdən sonra məni tapmışlar və uzun yola çıxaraq (210 km) uşağı işlədiyim klinikaya gətirdilər. Müvafiq müayinələr və hazırlıqlar görüldükdən sonra dünən uşağı problemsiz və kəsiksiz əməliyyat etdim. Nəticə: Allahın yardımı ilə uşaq daşdan tamamilə azad oldu və inşaAllah sabah evə yazılır.

Beləliklə uşaq razı, valideynləri razı və təbiiki mən də razı! Odurki “Universitet Klinika” olması, Dosent və ya Professor adı olması keyfiyyət nişanəsi sayılmamalıdır.

Çox faktlar var ki, soydaşlarımız Azərbaycandan Almaniyaya Universitet Klinikalarına gəlirlər, Professorlara müraciət edirlər və nəticədə yalnış və ya ağırlaşmalarla müalicələr tətbiq olunur, narazılıqlar yaranır, hətta xəstələr dünyasını dəyişir.

Üstəlik də, küllü miqdarda xərcləri çıxır. Ona görə də, harda olursunuz olun – Azərbaycanda, Rusiyada, Almaniyada və ya başqa bir diyarda – mütləq öncədən araşdırın və yalnız təcrübəli, peşəkar həkimlərə müraciət edin. Sağlamlığınız ən dəyərli nemətdir!

Paylaş