“DaVinci” Robot üzrə ekspert kursu uğurla bitdi (Almaniya, Kiel)

“DaVinci” Robot üzrə ekspert kursu uğurla bitdi (Almaniya, Kiel)

Almaniyanın Kiel şəhərində keçirilən “DaVinci” Robot üzrə ekspert kursu uğurla bitdikdən sonra bir xatirə şəkili çəkdirdik. Kursun əsası donuz üzərində 2 robotla keçirilən müxtəlif əməliyyatlar və maraqlı texnikaları mənimsəmək və inkişaf etdirmək idi. Əsasən də assistentimiz Dr. Abuhajer (şəkillərdə sağda) bu kursdan çox faydalandı.

Amerika Birləşmiş Ştatlarının “Intuitive” konserninə (“DaVinci” Robotun istehsalçısı) təşkil və dəvət üçün, və kursun rəhbəri Danil Zamnius’a (şəkillərdə ortada) xüsusi təşəkkürlərimizi bildiririk. Növbəti DaVinci kursumuz İngiltərədə yaxud Belçikada gözlənilir…

P.S.: Bəs bir şəkildəki xanım kimdir sualina cavab isə, anestezioloqdur, əməliyyat zamanı donuzu narkozda stabil saxlayan həkim.

Paylaş