Böyrək problemi yaşayan xəstəmiz, Tutu xanım ilə

Böyrək problemi yaşayan xəstəmiz, Tutu xanım ilə

Tutu xanım — iri daşlar və müalicə nəticəsi

Bizim gənc pasientimiz Tutu xanımda metabolik dəyişikliklər mövcud olduğundan hər 2 böyrəkdə həddindən artıq çox böyük daşlar əmələ gəlmişdi. Videoda bu daşların həcmi tam görsənir və bunlara tibbi dildə mərcanvari daşlar deyilir. Lakin mən burada qiqant daşlar deyərdim: biri var daş sadəcə kasa-ləyən sistemini doldursun, biri də var kasa-ləyən sistemini içini genişləndirərək böyüsün.

Bir çox uroloqlar tərəfindən perkutan nefrolitotomiya əməliyyatı təklif olunsa da, özüdə hər böyrəyə 2-3 təkrar əməliyyat deyilsə də, eyni zamanda böyrək çatışmazlığı yaranma və nəticədə dializə düşmək ehtimalını da vurğulayıblar. Mən tərəfdən müayinə edilərək, daşların sıxlığını, bədəndə duzların analizini və genetik durumu nəzərə alaraq iki tərəfli stent qoyuldu və düşünülmüş müvafiq müalicə yazdım.

Bir neçə aydan sonra inanılmaz, lakin gözlədiyim nəticə ilə qarşılaşdıq. O böyüklükdə monstr daşlardan çox kiçik parçalar qaldı (videoda böyrəklərin alt hissələrində göstərilir). Beləliklə gənc xanım planlaşdırılan bir neçə dəfə təkrar böyük əməliyyatlardan qurtuldu, daşlardan qurtuldu və böyrək çatışmazlığından, dializdən qurtuldu, özüdə kəsik aparılmadan. Ən əsas da ucuz başa gəldi…

Sadəcə pul qazanmaq məqsədimiz olsaydı bəzi həkimlər kimi biz də böyük əməliyyata əl atardıq. Insan məmnunluğu və duası ən önəmlidir!

Qeyd: Tutu xanımın və qardaşının istəyi ilə şəkil çəkdik və təbii ki bu şəkil özlərinin istəyi ilə burada yerləşdirildi.

 

Paylaş