Qlomerulonefrit (nefrit) və əlamətlər

Nefronlar böyrəklərin bədəndəki tullantıları təmizləyən və süzən mikroskopik strukturlarıdır. 
Müxtəlif səbəblərdən iltihablanan nefronlar öz funksiyalarını yerinə yetirə bilmir və böyrəyin iltihabı, 
yəni Qlomerulonefrit yaranır.
Bədəndə nefrit halında bu simptomlar ola bilər: 

  • Hərarət 
  • Tez-tez sidiyə çıxma və ya sidik miqdarının kəskin azalması 
  • Bulanıq sidik 
  • Qarında və ya böyrək ətrafında ağrılar 
  • Şişkinlik, ödem 
  • Qusma 
  • Yüksək qan təzyiqi 

Yuxarıda göstərilən simptomların şiddəti zamanla arta bilər və dözülməz hala gələ bilər. Bir çox hallarda şikayətlər keçici ola bilər, lakin xəstəlik prosesi davam etmiş ola bilər. 
Əgər qeyd olunan simptomlardan birini və ya bir neçəsini müşahidə edirsinizsə,
Dərhal mütəxəssis həkimə müraciət edib, lazımi müayinələrdən keçməyiniz böyük əhəmiyyət kəsb edir.