Androloq, Uroloq, Robotik Cərrah (DaVinci)
Dr. Rüfət Əsədbəyli urologiya, uro-onkoloji cərrahiyyə və laparoskopik urologiya istiqamətləri üzrə ixtisaslaşmış həkimdir. Təhsilini Azərbaycan Tibb Universitetində başa vurduqdan sonra Azərbaycan və Almaniyada müxtəlif klinikalarda çalışmış, urologiya və uşaq urologiyası sahəsində klinik təcrübə toplamışdır. Peşəkar həkim, Rüfət Əsədbəyli DAAD təqaüd proqramı çərçivəsində elmi-klinik fəaliyyətləri də mövcuddur.
▪️1992 – 1998: Azərbaycan Tibb Universiteti, Pediatriya fakültəsi (fərqlənmə)
▪️1998 – 1999: Respublika Uşaq Uroloji Xəstəxanası — internatura
▪️2000 – 2003: ATU Urologiya Klinikası — klinik ordinator
▪️2002 – 2003: Mannheim Universitet Klinikumu — DAAD proqramı çərçivəsində assistant həkim
▪️2003: Heidelberg / Heilbronn — laparoskopik təlim kursları
▪️2004 – 2015: Almaniyada müxtəlif klinikalarda urologiya və cərrahiyyə üzrə iş fəaliyyəti
▪️2016 – bugünə qədər: Almaniyada laparoskopik uroloji istiqamətdə rəhbər həkim kimi fəaliyyət
- Prostat xəstəlikləri (xoşxassəli böyümə, iltihab, risk qiymətləndirməsi)
- Kişi sağlamlığı (sonsuzluq, varikosel, hormonal və funksional problemlər)
- Sidik kisəsi problemləri və sidik qaçırma
- Uroonkologiya (böyrək, sidik kisəsi, prostat və s. xəstəliklərdə yanaşma)
- Uşaq urologiyası (məs., gecə sidiyi, tez-tez sidiyə getmə və s.)
- Böyrək və sidik yolları daş xəstəliyi
21
il+
ALMANİYATƏCRÜBƏSİ
Səhhətinizlə bağlı Şikayətiniz var?
Həkimə Müraciət EdinMəqsəd
Alman klinik təcrübəsini və Avropa protokollarını əsas götürərək dəqiq diaqnostika təmin etmək, kəsiksiz üsullarla xəstənin sağlamlığını bərpa etmək
Hədəf
Müasir cərrahi texnologiyaların (DaVinci) tətbiqini standartlaşdırmaq və ən mürəkkəb klinik hallarda belə düzgün strateji yanaşma ilə güvən mərkəzi olmaq.
Dəyər
Alman intizamına əsaslanan elmi dəqiqlik, diaqnoz və risklər barədə tam şəffaflıq, orqan qoruyucu cərrahi yanaşma və xəstə məmnuniyyəti.